Çərşənbə axşamı, Aprel 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR: “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində $45 milyard həcmində sərmayə qoyulacaq

21/09/2014
1
BAXIŞ
Share on FacebookShare on Twitter

34794“Azərbaycan Prezidenti dünən neftçilərin böyük bir qrupunu yüksək dövlət təltiflərinə layiq görmüşdür. Bu, möhtərəm Prezidentin neftçilərə daim göstərdiyi diqqət və qayğının təzahürüdür. Mən bütün neftçilər adından, tərəfdaş şirkətlər adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm”. Bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu gün Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyi və “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində çıxışı zamanı deyib.
Abdullayev bildirib ki, Azərbaycanın qədim neft tarixi var: “Neftin sənaye üsulu ilə çıxarılmasının, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinin, offşor qazmasının erasının əsası Azərbaycanda qoyulmuşdur. 20-ci əsrin əvvəllərində dünyanın hasil edilən neftinin yarısını Azərbaycan neftçiləri çıxarırdı. 90-cı illərdə isə şirkətimiz “Əsrin müqaviləsi” üzrə öz iştirak payını belə ödəyə bilmirdi. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə uğurla davam etdirilən enerji strategiyası nəticəsində Azərbaycan böyük yüksəliş yoluna qədəm qoydu, ötən 20 ildə ölkənin siması dəyişdirildi, iqtisadiyyat şaxələndirildi, neftdən gələn gəlirlər insan kapitalına çevrildi, SOCAR-ın imkanları genişləndi”.
SOCAR prezidenti deyib ki, bu gün “Cənub Qaz Dəhlizi”nin təməli qoyulur: “Bu layihə Avropanın enerji təhlükəsizliyinə yönəlmişdir. Biz dünyanın ən böyük, eyni zamanda, ən mürəkkəb qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının işlənməsini uğurla həyata keçiririk. İşlənmənin ikinci mərhələsində tərəfdaşlarımızla birlikdə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsini, TANAP və TAP kimi nəhəng qaz kəmərlərini inşa edəcəyik.
Bu layihələrə 45 milyard ABŞ dolları həcmində sərmayə qoyulacaqdır. SOCAR artıq dünya neft-qaz bazarına inamla daxil olmuşdur. Biz bu gün “Cənub Qaz Dəhlizi”nin marşrutu boyunca böyük investisiya layihələri həyata keçiririk. Bu ölkələrin bəzilərində isə ən iri sərmayəçiyik. Qazanılmış nailiyyətlər də təsdiq edir ki, bu inkişaf davamlı olacaq, neftçilərimiz 21-ci əsrin layihələrini də vaxtında və yüksək keyfiyyətlə yerinə yetirəcəklər. 2018-ci ildə Azərbaycan qazı Türkiyəyə, 2019-cu ildə isə Avropaya çatdırılacaqdır. 2020-ci ildə isə biz bir böyük Avropa ailəsi kimi Bakıda möhtəşəm futbol bayramını birlikdə qeyd edəcəyik”.

Eyni kateqoriyadan Digər materiallar

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.