“Sibirin Gücü” magistral qaz kəmərinin təxmini smeta dəyəri 770 milyard rubl ($21 milyard) olacaq.
Qaz kəməri Yakutiya və İrkutsk qaz hasilatı mərkəzləri üçün ümumi qaz nəqli sistemi olacaq. Qaz kəmərinin ümumi uzunluğu 3968 km olacaq. Birinci mərhələdə qaz kəmərinin “Çayandin neftqazkondensat yatağı – Blaqoveşensk” hissəsi inşa ediləcək.
Rusiya qazının” şərq marşrutu” uzrə Çinə tədarükü 2019-cu ildə başlanacaq. Belə bir qərar “Qazprom” ASC-nin idarə heyətinin sədri Aleksey Miller Çin Dövlət Şurası sədrinin birinci müavini Çjan Qaoli arasında müzakirələrdən sonra qəbul edilib.
“Şərq marşrutu” Çinə ildə “Sibirin Gücü” qaz kəməri ilə ildə 38 milyard kub metr qazın nəqlini nəzərdə tutur.Müvafiq müqavilə 30 il müddətinə 21 mayda “Qazprom” ilə CNPC arasında imzalanmışdı. Müqavilənin dəyəri $400 milyarddır.