Rusiya tərəfi Xəzər dənizinin sahilyanı dövlətlər arasında milli sektorlara bölünməsinə qarşıdır.
Bu barədə Rusiya prezidentinin Rusiya MDB ölkələri ilə sərhədlərin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, ölkə XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bildirib.
“Rusiya tərəfi Xəzər dənizinin sektorlara bölünməsi ideyasını dəstəkləmir”, – deyə Bratçikov jurnalistlə açıqlamasında bildirib.
Diplomat xatırladıb ki, Rusiya tərəfi prinsip etibarı ilə əvvəldən Xəzərin dənizinin sektorlara bölünməsinə qarşı çıxıb. Amma sonra Moskva dənizin sahildən 25 mil sahəni əhatə edən milli zonların yaradılmasına razılıq verib.
Qeyd edək ki, sentyabrın 29-da Rusiyanın Həştərxan şəhərində Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentinin iştirakı ilə Xəzərin hüquqi statusuna həsr olunmuş IV zirvə toplantısı keçiriləcək.