Qazaxıstanın Şərqi-Qazaxıstan vilayətinin akimi Berdıbek Saparbayev bildirib ki,Qazaxıstanla Rusiya arasında ŞQV-də AES-nın tikintisi barədə razılaşma Atırauda Qazaxıstan və Rusiya prezidentlərinin görüşündə qəbul ediləcək.
“Son qərar Atırauda forumda dövlət başçıları tərəfindən qəbul ediləcək. Son görüşdə baş nazir Kərim Mənsimov və RosAtom şirkəti nümayəndələri ilə görüşdə tapşırıqlar verilmişdi. Biz 3 sahə ayırmışıq və su təchizatı barədə məlumatları təqdim etmişik”. – deyə Berdıbek Saparbayev bildirib.