Cari ilin 8 ayında mayeləşmiş təbii qaz ixracı (LNG) 8 ayda 0.2% artaraq 9.617 milyard kub metr təşkil edib. Avqustda LNG ixracı 1.1 milyard kub metr təşkil edib ki,bu da keçən ilki göstəricidən 3.3% azdır.
Hal-hazırda Rusiyadan LNG-nin yeganə ixracatçısı Sakhalin Energy şirkətidir.
Sakhalin Energy “Saxalin-2” layihəsinin operatorudur. “Saxalin-2” layihəsi çərçivəsində ehtiyatları 150 milyon ton neft və 500 milyard kub metr qaz olan Piltun –Astoxskoye və Lunskoye yatağları işlənilir. Sakhalin Energy şirkətinin səhmdarları aşağıdakı şirkətlərdir : “Qazprom” (50%), Royal Dutch Shell (27,5%), Yaponiyanın Mitsui (12,5%) və Mitsubishi (10%) .