Qazaxıstanın energetika naziri Uzakbay Karabalin bildirib ki,”Kaşağan”,”Karaçaqanak” və “Tengiz” layihələrinin operatorları layihələndirmə və qazma üzrə birgə müəssisə yaradacaqlar.
Onun sözlərinə görə, ”Tengiz” yatağında qazma üzrə artıq birgə müəssisə yaradılıb. Həmçinin iki qazax və iki xarici şirkətin iştirakı ilə layiləndirmə üzrə birgə müəssisə yaradılıb.
Karabalinin sözlərinə görə, “Karaçaqanak” yatağında İtaliyanın “Saipem” şirkəti ilə qazaxastanlı tərəfdaşlar arasında birgə müəssəsinin yaradılması barədə danışıqlar gedir.
“Əgər pul ilə ifadə etsək, 2010-cu ildə qazaxastanlı isthehsalçılardan satınalmaların həcmi 681 milyard tenqe təşkil etmişdisə, keçən il bu göstərici 1.5 trilyon tenqeni aşıb. (182 tenqe = $1). Ümumi satınalmaların həcmində yerli mal, iş və xidmətlərin həcmi 45% dən 57% dək yüksəlib”, – deyə nazir bildirib.