Gələn bazar ertəsi 5 Xəzəryanı dövlətin prezidentləri Həştərxanda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə IV sammitdə toplaşacaqlar. Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat verib.
Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə sammitdə Azərbaycan prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov iştirak edəcəklər.
Sammitdə sahilyanı ökələrin Xəzər dənizində əsas qarşılıqlı əməkdaşlıq məsələləri, 2010-cu ildə Bakıda keçirilən saamitdə qəbul olunan qərarların həyata keçirilməsinin gedişinin müzakirəsi gözlənilir, o cümlədən region dövlətləri arasında perspektiv üçün əməkdaşlığın prioritet istiqamətləri qeyd olunacaq. Çoxtərəfli sənədlərin imzalanması gözlənilir.