İRNA agentliyi xəbər verir ki,İran Xorasan vilayətində “Shoorijeh” qaz anbarını istismara verib.
İranın neft naziri Bijan Namder Zanqane açılış mərasimində iştirak edib.
“Shoorijeh” qaz anbarı 4.8 milyard kub metr təbii qaz tutumuna malikdir. İranda anbarda Cənubi Fars yatağından hasil etdiyi qazı saxlayacaq.
İndiyədək 300 milyon kub metr qaz artıq anbara vurulub. İran qaz anbarlarının həcmi baxımından Yaxın Şərqin aparıcı dövlətidir.