Avstriya prezidenti Haynts Fişer ilə görüşdə İran prezidenti Həsən Ruhani bildirib ki,İran Avropa üçün etibarlı enerji mənbəyi ola bilər.
“İran enerji sektoru baxımından unikal mövqeyə malikdir,ona görə də,Avropa üçün etibarlı enerji mənbəyi ola bilər” – İran KİV Ruhaninin sözlərini sitat kimi gətiriblər.
“Biz Avstriyadan keçməklə Avropaya (təbii) qaz ötürülməsi üçün şəbəkə yaratmağa hazırıq”, – İran prezidenti deyib.