Bazar ertəsi, Oktyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlham Əliyev: “Cənub Qaz Dəhlizi” tranzit ölkələr üçün əlavə imkanlar yaradır

21/09/2014
7
BAXIŞ
Share on FacebookShare on Twitter

34800“Cənub Qaz Dəhlizi”nin Azərbaycan üçün böyük faydası var. Çünki bizə imkan verəcək ki, öz qaz resurslarımızı dünya bazarlarına çıxaraq və beləliklə, əlavə gəlir əldə edək. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Səngəçal terminalında “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
İlham Əliyev bildirib ki, bu layihə tranzit ölkələr üçün əlavə imkanlar yaradır: “Qazı alan, yəni istehlak edən ölkələr üçün alternativ, yeni qaz mənbəyi təmin edilir. Hazırda dünyada, xüsusilə Avropada enerji təhlükəsizliyi, enerji resurslarının şaxələndirilməsi məsələlərinə çox böyük önəm verilir. Azərbaycan burada öz rolunu oynayır”.
Azərbaycan Prezidenti “Cənub Qaz Dəhlizi”ni “Əsrin layihəsi” adlandırıb və deyib ki, bu layihə ən azı 100 il ərzində hamımıza fayda gətirəcək.
Dövlət başçısı qeyd edib ki, Enerji İpək Yolu, Dəmiryol İpək Yolu – Bakı-Tbilisi-Qars dəmir yolu tikilir: “Deyə bilərəm ki, 20 il əvvəl Azərbaycanın təşəbbüsü ilə başlanılan bizim enerji siyasətimiz bu reallıqlara gətirib çıxarmışdır. Çünki bu gün – 20 sentyabr bizim üçün, o cümlədən ona görə tarixi gündür ki, düz 20 il öncə xarici petrol şirkətləri ilə Azərbaycan “Əsrin müqaviləsi”ni bağladı və bir dəhliz müəyyən edildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi Ərzurum neft-qaz kəmərlərinin tikintisi bugünkü reallıqlarımızı təmin etdi. Əgər o vaxt bu addımlar atılmasaydı, bu gün bu mərasim də olmazdı. Ona görə də biz bu gün enerji siyasətimizin yeni mərhələsinə qədəm qoyuruq. Burada Azərbaycan, bizim qonşularımız, Avropa ölkələri bir komanda şəklində çalışacaqlar. Burada uduzan tərəf yoxdur. Hər kəs qalib gələcək”.

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.