Dünya bazarlarında neftin qiyməti Neft İxrac edən Ölkələr Təşkilatının (OPEK) rəhbəri Abdalla El-Badrinin 2015-ci ildə neft hasilatının mümkün azalması barədə bəyanatından sonra artmağa başlayıb.
Dünən noyabr fyuçersləri üçün Brend Crude Oil markalı Şimal nefti 1% artaraq bir barel üçün 99.05 dollar olub. WTI yüngül nefti üçün oktyabr fyuçersləri isə 0.56% artaraq bir barel üçün 93.44 dollar təşkil edib.
OPEK rəhbəri OPEK ölkələrində neft hasilatı 2015-ci ildə gündə 500 min barel azalaraq 29.5 milyon barel təşkil edə biləcəyini deyib.
Bununla belə El-Badri əlavə edib ki,son günlərdə neft qiymətlərinin aşağı düşməsindən narahat deyil. O ilin sonunadək qiymətlərin bərpa olunacağını gözləyir.