Neftin qiymətləri düşməkdə davam edir. London birjasında (İCE) Bakı vaxtı ilə saat 17:40-da Brent markalı neftin qiyməti ilk dəfə olaraq 97 dollardan aşağı həddə düşüb. Hazırda onun qiyməti 1barel üçün 96,93 dollar səviyyəsində qərarlaşıb, lakin hərracların sonuna qədər bir qədər də ucuzlaşacağı proqnoz edilir. Bu gün neft hərraclar açılandan 1,13% ucuzlaşıb.
Qeyd edək ki, cari ilin iyunun sonunda neftin qiyməti 115 dollara qədər yüksəlmişdi və bundan sonra üçüncü aydır ki, durmadan enir.