Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki,yaxın günlərdə Rusiyanın “Başneft” və LUKoil şirkətləri Qazaxıstanda benzinlə bağlı vəziyyəti sabitləşdirmək üçün əlavə dizel yanacağı və benzin tədarük edəcək.
“Başneft” həftə ərzində əlavə 13 min ton avtomobil benzini və 5 min ton dizel yanacağı tədarük edəcək. Lukoil isə ayın sonuna qədər əlavə 8 min ton benzin və dizel yanacağı tədarük edəcək.
Novakın sözlərinə görə,Qazaxıstanda benzinlə bağlı cari vəziyyət mürəkəbləşib. Buna görə də Qazaxıstanın energetika naziri kömək üçün müraciət edib.
21 avqustda AI-92/93 benzinlərinin pərakəndə satış qiymətlərinin artması nəticəsində qiymətlər 115 tenqedən 128 tenqeyə qədər bahalaşıb. Energetika naziri Uzakbay Karabalin buna səbəb kimi daha ucuz qazax yanacağına ruslar və qırğızlar tərəfindən olan maraq və Açinsk NEZ-da baş verən qəza ilə əlaqələndirib. Nəticədə Qazaxıstanın bəzi şəhərlərində benzinə təlabat yaranmış və YSM-nın defisitinə səbəb olmuşdu.