8 ayın nəticələrinə görə,Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 23.6 milyon ton neft nəql edilib. Keçən ilin analoji dövrü ilə müqayisədə neft nəqli 1.5 milyon ton artıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında BTC-nin payına magistral boru kəmərləri ilə nəql edilmiş neftin 75.6% düşüb. Hesabat dövründə magistral boru kəmərləri ilə 31.2 milyon ton neft nəql edilib ki,bu da 2013-cü ilin eyni dövrünün göstəricisindən 7.7% çoxdur.
Qeyd edək ki,2013-cü ilin nəticələrinə görə, BTC kəməri ilə 33 milyon ton neft nəql edilmişdi.
*BTC kəməri ilə neft nəqlinin artmasına səbəb Xəzərin sağ sahilindən (türkmən və qazax) tranzit neftin tədarükün artmasıdır.