2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanın neft emalı zavodları (NEZ) istehsalın həcmini ötən ilin analoji dövrü ilə müqayisədə 8,8% – 1 mlrd. 721,8 mln. manata qədər azaldıblar. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə avtomobil benzini istehsalı 13% – 806,9 min tona qədər, kerosin istehsalı 5,8% – 451,1 min tona qədər, dizel yanacağı istehsalı 9,3% – 1 mln. 532,3 min tona qədər, neft bitumu istehsalı 19,9% – 149,6 min tona qədər azalıb.
Yanvar-avqust aylarında birbaşa qovulan benzin istehsalında 26,7% – 122,8 min tona qədər, sürtkü yağı istehsalında 13,8% – 34,7 min tona qədər artım olub.
Azərbaycanda iki neft emalı zavodu – “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.