Türkmənistanda 2014-cü ilin yanvar-iyulunda avtomobil benzini istehsalı – 102%,dizel yanacağı – 101%, polipropilen – 105.5%, texniki sürtkü yağı – 112.7%, mayeləşmiş qaz – 105.2% təşkil edib. Bu barədə Türkmənistanın Neft və Mineral Ehtiyatlar Nazirliyinin məlumatında deyilir.
Bundan əlavə hesabatda bildirilir ki,neft bitumu istehsalı qurğusunun modernləşməsi sayəsində neft bitumu istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 32.4% artıb.
Türkmənistan 2020-ci ilə kimi neft emalı sənayesinin gücünü 20 milyon tona, 2025-ci ilə isə 25 milyon tona çatdırmağı planlaşdırır. Hazırda ölkə ildə 10 milyon neft hasil edir ki, onunda çox hissəsi yerli NEZ-da emal edilir.