Səhmlərinin 50%-i Gennadi Timçenkoya məxsus olan “Stroytransqaz” şirkəti “Cənub axını” layihəsinin Bolqarıstan sahəsinin inşasından imtina edib. Bu barədə sahibkar özü İTAR-TASS agentliyinə müsahibəsində deyib.
Timçenkonun sözlərinə görə, ”Stroytransqaz konsorsium”un (Stroytransqaz və Bolqarıstanın Gasproekt Jug şirkətlərinin birgə müəssəsi) varisi “Qazprom” şirkətinə məxsus “Çenterqaz” şirkəti olacaq. Qeyri–rəsmi məlumatlara görə, kəmərin bolqar hissəsinin dəyəri (uzunluğu 541 km-dir) 3.3 milyard avrodur.
Qeyd edək ki, Timçenkonun adı Rusiyaya qarşı Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar siyahısına düşüb.