“Kommersant” qəzeti Rusiya İqtisadi İnkişaf Nazirliyinə istinadən yazır ki, yaxın iki-üç il ərzində “Qazpromun” avropalı istehlakçılar qarşısında güzəştləri mavi yanacağın qiymətini 25% azaldacaq. Nəticədə artıq bu il “Qazprom” gəlirini itirməyə başlayacaq və 4 milyard dollar çatışmamazlığı riski yaşaya bilər.
İİN uzaq xaricə qaz ixracatında qiymətlərin daha kəskin aşağı düşəcəyini proqnozlaşdırır. Nazirliyin makroiqtisadi proqnozuna görə, 2014-cü ildə qazın min kub metrinin orta qiyməti $349 qədər azala bilər. 2015-17 ci illər üçün isə qazın qiymətini $316, $307 və $302 proqnozlaşdırılır.
Beləliklə, yaxın 3 il ərzində uzaq xaricə tədarük edilən qazın qiyməti 2013-cü ilin $387 ilə müqayisədə 28% azalacaq.
Uzaq xaricə qaz ixracı “Qazpromun” əsas gəlir mənbəyidir. 2013-cü ildə bu istiqamət şirkətə 2.1 trilyon gəlir gətirib. İlin əvvəlində “Qazprom” qazın min kub metrinin qiymətini $372 hesablayırdı.
Son 3 ildə “Qazprom” öz Avropa müqavilələrində həcmlərin 15% qədərini spot üzrə indeksləşdirirdi və bu da qiymətə ciddi təsir göstərirdi.
Avropada qazın qiyməti spot ticarətində cari ildə isti qış və yaz-yay mövsümü ilə əlaqadər aşağı düşüb. Və bu da “Qazpromun” uzunmüddətli müqavilələrində qazın qiymətinə təsir göstərir.