Novost-Qazaxıstan agentliyinin xəbərinə görə,Qazaxıstanın beynəlxalq ehtiyatlarına daxil olan Milli Bankın qızıl-valyuta və Milli Fondun aktivləri 2014-cü ilin yanvar-iyulunda $95,507 milyarddan $103,754 milyarda qədər artıb.
“Eyni zamanda Milli bankın qızıl-valyuta ehtiyatları yanvar-iyulda 9.23% artaraq $26,997 milyard təşkil edib “– deyə xəbərdə bildirilir.
Milli Fondun aktivləri eyni dövrdə 8,43% artaraq $76,757 milyard olub.