Qızılorda vilayətində neft kəmərlərinin cəmləşdiyi ərazidə uçuşların həyata keçrilməsi üçün vəsit ayrılıb.
“Bizim tövsiyəmizə əsasən yerli büdcədən neft kəmərlərinin yerləşdiyi ərazidə uçuşlar həyata keçirmək üçün 24 milyon tenqe ayrılıb” – deyə kızılorad vilayətinin prokuroru Saparbek Nurpeisov bildirib.
Prokurorun sözlərinə görə,koordinasiya və digər tədbirlər ilə neftin kütləvi oğurluğuna son qoyulub.
“Biz hətta neft sahələrinin xəritəsini belə tərtib etmişik. Xəritəyə bütün boru kəmərləri,terminallar, həmçinin neft oğurluğunun və boru kəmərlərinin kəsildiyi yerləri daxil etmişik”, – deyə o yekunlaşdırıb.