Kazinform xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev payızda rəsmi səfərlə Türkmənistana gedəcək.
Səfər zamanı yüksək səviyyədə ikitərəfli əməkdaşlığın vacib məsələləri – ticarət-iqtisadi, nəqliyyat və regional əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlər müzakirə ediləcək.
Qazaxıstan XİN-in müavini E.İdrisov bildirib ki,”Qarşıdakı səfər iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaq”.
Astanda iki ölkənin xarici işlər nazirlərinin görüşündən sonra Türkmənistan və Qazaxıstan XİN-ri arasında 2015-2016-cı illər üçün nəzərdə tutulmuş əməkdaşlıq planı imzalanıb.