Rusiya prezidenti Vladimir Putin avqustun 9-da telekonfrans rejimində Kars dənizində West Alpha platformasında kəşfiyyat quyusunun qazılmasına start verib. İşə salma mərasimində “Rosneft” şirkətinin prezidenti İqor Seçin və ExxonMobil Russia direktoru Qlen Uoller iştirak edib.
Seçinin sözlərinə görə,iki ay ərzində aparılacaq kompleks kəşfiyyat qazması aprılacaq ki,dəniz şelfinin Qərbi Sibir neft yatağının davamı olduğu sübut edilsin.
“Rosneft” Exxon ilə Kars dənizində qazma işlərinə Qərbin Rusiya şirkətlərinə tətbiq etdiyi sanksiyalar fonunda başlayır.