Çərşənbə, Noyabr 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Putin: “Qazaxıstan heç vaxt dövlət olmayıb” Nazarbayev: “Astananın Aİİ-dan imtina etmək hüququ var”

31/08/2014
9
BAXIŞ
Share on FacebookShare on Twitter

ppRusiyanın Tver vilayətində təşkil edilmiş “Seliger-2014” gənclik forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin bu gün sensasion fikirlər səsləndirib. O, Qazaxıstanın heç vaxt dövlət olmadığını bəyan edib.
Virtualaz.org saytının “ТСН” nəşrinə istinadən verdiyi xəbərə görə, bununla belə V.Putin qazax həmkarı Nursultan Nazarbayevin xidmətləri barədə danışıb. Rusiya lideri deyib ki, N.Nazarbayev çox unikal bir iş görüb.
“Nazarbayev qeyri-adi iş gördü. O, dövlət quruluşunun heç vaxt olmadığı ərazilərdə dövlət yaratdı. Nazarbayev bu mənada bütün postsovet məkanındakı dövlətçilik üçün unikal insandır” – deyə V.Putin bildirib.
Rusiya prezidentinin sözlərinə görə, N.Nazarbayev çox müdrik və təcrübəli rəhbərdir: “Nazarbayev daim yalnız öz ölkəsinin gələcəyi barədə düşünür. O, heç vaxt öz ölkəsinin, öz xalqının iradəsinə qarşı çıxmaz. Nazarbayev xalqın ondan nə istədiyini, nə gözlədiyini çox dəqiq bilir”.
Yada salaq ki, son günlər Rusiya ilə Qazaxıstan arasında açıq gərginlik var. İki ölkənin münasibətləri kəskin pisləşib. Rusiya prezidentinin bugünkü bəyanatı da təsadüfi deyil. Belə ki, V.Putinin bu bəyanatı N.Nazarbayevin Ukraynanın Avropa İttifaqı ilə saziş imzalamasını dəstəkləməsi fonunda səslənir. N.Nazarbayev avqustun 26-da Minskdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşündə bildirmişdi ki, rəsmi Kiyevin Avropa İttifaqı ilə bu sazişinin Rusiyanın Gömrük İttifaqı üzrə tərəfdaşı olan Qazaxıstana heç bir ziyanı yoxdur. Qazaxıstan prezidenti həmin görüşdə Ukrayna ilə səx əməkdaşlıq etməyə də vəd vermişdi.
Bunun ardınca isə Kremlin birbaşa nəzarəti altında olan rusiyalı siyasətçi Vladimir Jirinovski bəyan etmişdi ki, Rusiya tezliklə Qazaxıstana qarşı ərazi iddiası irəli sürəcək. V.Jirinovski onu da bildirmişdi ki, “Qazaxıstanda antirus əhval-ruhiyyəsini gücləndirənlər var, bu ölkədəki dərsliklərdə ruslara nifrət hissi aşılanır”.
Dünən isə N.Nazarbayev Rusiyadan gələn bu tip fikirlərə kəskin cavab verib. Qazaxıstanın dövlət başçısı yerli “Xabar” telekanalına müsahibəsində açıq mətnlə deyib ki, “Qazaxıstanın maraqlarına toxunulacağı təqdirdə rəsmi Astana Avrasiya İqtisadi İttifaqından imtina etmək hüququnu özündə saxlayacaq”.
N.Nazarbayevin sözlərinə görə, əgər müqavilədə göstərilən qayda və şərtlərə əməl olunmasa, onun ölkəsinin Rusiyanın patronajlığı altında yaradılan Avrasiya İttifaqından çıxmaq hüququ heç bir halda mübahisə və müzakirə predmetinə çevrilə bilməz: “Qazaxıstanın belə bir addım atmaq, birliyi tərk etmək hüququ var. Mən bunu əvvəl də demişəm, bu gün də bir daha bəyan edirəm”.

Virtualaz.org

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.