Alman alimləri neftdə həyat aşkarlayıblar. Neftin tərkibindəki mikro su damcılarında xususi bakteriyalar aşkarlanıb. Tədqiqatçılar öz nəticələrini elmi jurnalların birinin son sayında dərc ediblər.
İnforming portal xəbər verir ki, tədqiqatlar Karib dənizində yerləşən Trininad adasında aparılıb. Piç-Leyk sahillərində çoxlu təmiz maye asfalt var. Neft orada səthə çıxaraq qabıq formalaşdırır.
Əlbəttə, bakteriyalar neftin tərkibini heç də yaxşı tərəfə dəyişdirmir. Lakin bi xeyir də gətirə bilər – bu prosesdən yeraltı suların təmizlənməsində istifadə edilə bilər.
Hal-hazırda, alimlər tədqiqat işlərini davam etdirlər.