“KazMunayGaz” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, şirkət dividendləri sentyabrın 1-də ödəyəcək.
Xəbərdə deyilir ki,” Səhmdar Cəmiyyətləri haqqında “qanunun 23-cü maddəsinə uyğun olaraq yeganə səhmdarı “Samruk-Kazına” Milli Rifah Fonduna KMG şirkətinin 2013-ü il fəaliyyətinə görə dividendlər ödənilməsi qərara alınmışdır.
Bir adi səhmə düşən gəlir 158 tenqe 8 tıin təşkil edəcək. Xəbərdə deyilir ki, dividendlər pul şəklində nağdsız ödəmə yolu ilə səhmdarın bank hesabına köçrüləcək.