Ötən həftə Bakıda İran-Azərbaycan hökumətlərarası komissiyanın iclasında İran tərəfi Azərbaycana İranın dəniz qazma qurğularının birgə istifadəsi barədə danışıqlara dəvət edib.
Məlumdur ki, Xəzərin Azərbaycan sektorunda qazma qurğularının çatışmamazlığı üzündən Abşeron yatağının işlənməsi ləngiyir. Buna görə də, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2013-cü ildə Xəzər dənizində istifadə üçün 6-cı nəsil ən güclü və müasir üzən yarımdalma qazma qurğusunun inşasına başlayıb.
Hal-hazırda Xəzər dənizində 4 yarımdalma qazma qurğusu işləyir: BP şirkətinin layihələrində işləyən Azərbaycanın “Dədə Qorqud”, “İstiqlal”, “Heydər Əliyev” və İranın “Əmir Kəbir” qurğuları.
Azərbaycanın daha üç yarımdalma qazma qurğusu isə hələ Sovet vatından sifarişsiz olaraq sahilyanı ərazidədirlər.
İranın “Xəzər” yarımdalma qazma qurğusu üzünmüddətli icarə əsasında Dragon Oil şirkəti tərəfindən icarəyə götrülüb və Türkmənistan şelfində işləyir.