2014-cü ilin I yarısında Böyük Britaniyanın BP şirkəti və tərəfdaşlar Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan 16 milyon ton neft (118,8 milyon barel) hasil ediblər. 2013-cü ilin yanvar-iyun aylarında bu göstərici 16,4 milyon ton təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü BP-nin I yarımillikdə fəaliyyətinin nəticələri üzrə hesabatında deyilir.
I yarımillikdə AÇG yataqlar blokunda orta sutkalıq neft hasilatı 656,1 min barel təşkil edib.
2013-cü ildə AÇG-də 32,2 milyon ton neft (239 milyon barel) hasil olunub. Bu rəqəm 2012-ci ildə 32,9 milyon ton təşkil edib.