Başa çatan həftə – 25-29 avqust tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 103,27 dollar/barel olub ki, bu da əvvəlki həftənin göstəricisindən 1,12 dollar/barel çoxdur.
Trend-in məlumatına görə, 25-29 avqust həftəsində AZERI LT-nin qiyməti maksimum 103,4, minimum isə 103,15 dollar/barel təşkil edib.
25-29 avqust həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 100,1 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,2 dollar/barel çoxdur.
Ötən həftə URALS-ın qiyməti maksimum 100,24, minimum isə 99,93 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
25-29 avqust həftəsində “Brent Dated” növünün orta qiyməti 100,85 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən təqribən 0,9 dollar/barel çoxdur.