Cümə, İyul 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Günəşli” yatağı üçün inşa olunan 7 saylı özülün dayaq bloku layihə nöqtəsində quraşdırılıb

21/08/2014
5
BAXIŞ
Share on FacebookShare on Twitter

platforma_sea_200814

“Günəşli” yatağı üçün inşa olunan 7 saylı dərin dəniz özülünün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda hazırlanmış dayaq bloku SOCAR-ın “Neftqaztikinti” tresti tərəfindən STB-1 barjasına yüklənərək layihə nöqtəsinə nəql edilib.

Trend SOCAR-ın rəsmi saytına istinadən məlumat verir ki, 151 metr hündürlüyündə olan piramida şəkilli blok barja üzərindən suya buraxılıb və ballastlaşma sistemi vasitəsilə tarazlaşdırılaraq verilmiş koordinatlara uyğun şəkildə dənizin 147 metr dərinliyində quraşdırılıb.

Quraşdırma işləri müasir texnika və texnologiyalardan istifadə edilərək beynəlxalq standartların tələblərinə uyğun təhlükəsiz və keyfiyyətlə həyata keçirilib.

Blokun dayanıqlığını təmin etmək üçün 10 ədəd əsas və 10 ədəd köməkçi svayların vurulması tələb olunur. Əsas svaylar 120 metr, köməkçi svaylar isə 90 metr dərinliyə vurulacaq.

Avqustun 19-da müasir tipli “Delmag” markalı svayvuran çəkic vasitəsilə blokun orta ayaqları 2 ədəd svayla ilkin olaraq 40 metr dərinlikdə qrunta bərkidilib. Hazırda orta ayaqlara daha 2 svayın vurulması işləri davam etdirilir. Svayların vurulmasından sonra “Neftqaztikinti” Tresti tərəfindən borulararası boşluğa sement məhlulu töküləcək, 12 ədəd quyu şaxtası, çəkisi 1872,2 ton olan daşıyıcı göyərtə, ümumi çəkisi 3561,23 ton olan 14 ədəd qazma və istismar modulları, qülləaltı postament, vertolyot meydançası, 52 nəfərlik 3 mərtəbəli yaşayış bloku və məişət binası quraşdırılacaq.

Bundan başqa, paylayıcı qurğu blokunun “General Şıxlinski” kran gəmisi vasitəsilə sahildən yüklənərək yerləşdirilməsi də həyata keçiriləcək. Qeyd edək ki, 2 ədəd modul, eləcə də yaşayış bloku və məişət binası Trestin 4 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən Zığ İstehsalat Sahəsində tikilərək, quraşdırılmaq üçün artıq hazırdır. Paylayıcı qurğu blokunun inşası isə davam etdirilir. Eyni zamanda, Zığ istehsalat sahəsində və “BOS Şelf” MMC-də üst tikililərin hazırlanması işləri yerinə yetirilir. Üst tikililər hazır olduqdan sonra onlar Trest tərəfindən özüldə quraşdırılacaq.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.