Bloomeberg agentliyi ABŞ-ın “ConocoPhillips” şirkətinin prezidenti Rayana Lensə istinadən bildirir ki, şirkət “Rosneft” ilə birgə müəssəsi olan “Qutb Şəfəqi” MMC-dəki payını satmaq qərarına gəlib.
Öz növbəsində “Rosneft” bu məlumatı şərh etməkdən böyun qaçırıb.
“ConocoPhillips” və “Rosneft” Timan-Peçora vilayətində bir neçə birgə yataqda işləyən “Qütb Şəfəqi” müəssəsində bərabər paya malikdirlər.
Qeyd edək ki, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Lakin bu sanksiyalar xarici şirkətlərin Rusiya ərazisində fəaliyyətini qadağan etmir. “Rosneft” ABŞ-ın məhdudlaşdırıcı tədbirlərinin təsir dairəsinə düşüb. Sanksiyalar ABŞ kreditorlarına “Rosneft” şirkətini uzunmüddətli maliyyələşdirməsini qadağan edir.