Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 1,03 dollar ucuzlaşaraq 93,45 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barelinin qiyməti 0,72 dollar bahalaşaraq 102,28 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a verilən məlumata görə, “Azeri Ligth” markalı neftin (Ceyhan və Supsa terminallarından ixrac edilir – Caspian Barrel) bir barelinin qiyməti 0,2 dollar bahalaşaraq 102,23 dollar təşkil edib.