Avropada qaz qiymətləri sabit artım nümayiş etdirir. Səbəb istilik mövsümündə Ukraynadan Rusiya qazının tədarükünün dayanması qorxusudur.
Londonda növbəti ay üçün tədarük ediləcək qazın qiyməti yarım ay ərzində 18% artaraq bir Btu-ya görə 48.15 pens təşkil edib. May ayında Qazprom elan etmişdi ki,Avropaya qazın fasiləsiz tədarükünü təmin etmək üçün Ukrayna istilik müvsümü əvvəli qaz anbarlarına 18.5 milyard kub metr qaz doldurmalıdır.
8 avqust tarixinə Ukraynanın qaz anbarlarına 15 milyard kub metr qaz vurulub.
Son aylarında Ukrayna həftədə anbarlara 150 milyon kub metr qaz vurur. Beləliklə bu templərlə Kiyevə 5 ay lazım olacaq ki, yeraltı qaz anbarlarını doldursun.