İSNA agentliyi xəbər verir ki, Amerikanın World Eco Energy şirkəti İran ilə bioenerji layihələrinə $1,175 milyard sərmayə yatırmaq barədə ilkin razılaşma imzalayıb.
Müqaviləyə uyğun olaraq World Eco Energy şirkəti bioyanacaq hesabına elektrik enerjisi istehsalına $1,175 milyard sərmayə yatıracaq.
Şirkət İranın cənub-qərbində zibilin yandırılması texnologiyası əsasında elektrik enerjisi istehsalı və yosun,duz və kanalizasiya sularının emalı zavodu inşa edəcək. Müəssisədə 600 iş yeri yaradılacaq. İşçi heyətin 80% yerli sakinlərdən ibarət olacaq.
Agentliyin məlumatına görə, layihə 2014-cü ilin sentyabrında işə başlaya bilər, əgər həmin müddətə İrana qarşı sanksiyalar aradan qaldırılarsa.