“Tengiz” yatağında xammalın nəqlə hazırlanması zavodunun inşasından sonra yataqda neft hasilatı 36 milyon tona qədər artacaq.
Layihənin dəyəri 20 milyard ABŞ dollarıdır. Atırau vilayətində “Tengiz” yatağında inşa ediləcək zavodun tikintisində ən son texnologiyalat tətbiq ediləcək. “İşlər qutardıqdan sonra neft hasilatının 12 milyon ton artması gözlənilir. Bügünkü 24 milyon tondan 36 milyon tona qədər hasilatın artırılmasını gözləyirik” – deyə “Tengizşevroyl” şirkətinin meneceri Rzabek Artıqaliyev bildirib.
“Tengiz” yatağı anomal 800 atmosfer təzyiqinə və neftdə 20% kükürdə malikdir. Zavodun inşasına 20 mindən artıq yerli işçi və mütəxəssis cəlb ediləcək. $7 milyarddan artıq vəsait Qazaxıstan şirkətlərindən mal və xidmətlərin alınmasına yönəldiləcək. Bu sifarişlərin verildiyi regionlarda daha min yeni iş yerinin açılmasına səbəb olacaq.