İranda dördüncü ildir neftin “swap” (əvəzləmə) əməliyyatları keçirilmədiyi halda Qazaxıstan Rusiya neftini Çinə satmaqla Xəzəryanı bölgədə neft ticarətində İranın əsas rəqibinə çevrilir.
Qeyd etmək lazımdır ki, İranda gündə 500 min barel neftin “swap” nəqlini həyata keçirəcə biləcək infrastruktur yaradılıb. Lakin “swap” əməliyyatları sıfır səfiyyəsindədir. Hal-hazırda İran “swap” əməliyytalrının bərpa edilməsi üçün Qazaxıstan və Türkmənistan ilə danışıqlar aparır, lakin hələlik heç bir nəticə yoxdur.
Bununla belə Qazaxıstan parlamenti Rusiya ilə Qazaxıstan arasında Rusiya neftinin Çinə tədarükü barədə sazişi təsdiq etməyə hazırlaşır və hazırda Rusiyadan Çinə 7 milyon ton neftin tədarükünün hüquqi cəhətdən rəsmiləşdirilməsi aparılır.
Bu saziş çərçivəsində Rusiya Omsk-Priirtıişsk – Atasu – Alaşonkau (Çin) kəmərinə çıxış əldə edir.