RİA Novosti xəbər verir ki,Rusiya prezidenti Vladimir Putin Ermənistana təbii qaz,neft,neft məhsullarının və almazın tədarükü barədə hökümətlərarası sazişin ratfikasiyası haqqında qanunu imzlayıb.
Saziş 2013-cü ilin 2 dekabrında İravanda imzalanmışdı və Rusiyadan Ermənistana malların rüsumsuz tədarükünü nəzərdə tutur.
Rusiya tərəfi,müqaviləyə əsasən neft məhsullarından və təbii qazdan ixrac rüsumları tutmur. Rusiyadan Ermənistan tədarük edilən almazların 3-cü ölkələrə ixracı qadağan edilir.
Sazişə əsasən,tərəflərin səlahiyyətli orqanları növbəti təqvim ili üçün Ermənistanın istehlak edəcəyi neft məhsullarının və təbii qazın həcmini müəyyənləşdirməlidir.