Aşqabadda Türkmənistan-Əfqanıstan-Hindistan-Pakistan qaz kəməri layihəsi üzrə Rəhbər komitənin XVIII iclası keçrilib.
İclasda iştirakçı ölkələrin nümayəndələri, sahə nazirliklərinin rəhbərləri və layihənin məsləhətçisi Asiya İnkişaf Bankı iştirak edib.
İclasda TAPİ layihəsinin həyata keçrilməsi,o cümlədən TAPİ ltd konsorsiumunun yaradılması və onun lideri, təbii qazın tranziti məsələləri müzakirə edilib.
İclasın iştirakçıları TAPİ qaz kəməri layihəsi üzrə 26-cı texniki işçi qrupun əsas nəticələrini təsdiq ediblər.
Görüş iştirakçıları TAPİ qaz kəmərinin inşası və türkmən qazının tədarükündə öz ölkələrinin yüksək marağını təsdiqləyiblər. Görüşdə texniki işçi qrupun və rəhbər komitənin növbəti görüşünün cədvəlini razılaşdırıblar.