Tengrinews.kz. xəbərinə görə,Qırğızstan prezidenti Almazbek Atambayev “Qazprom” rəhbərliyinə müraciət edib ki,ölkənin cənubunda yaranmış qaz böhranını həll etsin.
Qırğız rəhbərinin “Qazproma” müraciət etməsinə səbəb Özbəkistanın iki aydan artıqdır ölkənin cənubuna qaz tədarük etməməsi olub.
Hökümətlərarası danışıqlar heç bir nəticə verməyib. “Onlar bizdən tələb edirlər ki, Çon-Alay dərəsindən keçən Türkmənistan-Qırğızstan-Çin boru kəmərinə qoşulmayaq. Biz bu şərtləri qəbul edə bilmərik. Biz ərazimiz ilə keçən qazın tranzit haqqından imtian edə bilmərik”, – deyə Atambayev bildirib.
Qırğızstan prezidenti həmçinin bildirib ki, qonşuları ölkəsi qarşısında qaz tədarükünə dair qəbuledilməz şərtlər qoyur.
”Biz qonşularımıza yalvarmayacaq ki, bizə qaz versinlər. Mən qaz böhranından çıxış yolu tapmaq üçün “Qazproma” müraciət etmişəm. Planlaşdırılır ki,”Qazprom” Qazaxıstandan Talas dərəsindən keçməklə cənuba qaz kəməri çəkəcək”, – deyə Atambayev elan edib.