Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) STAR neft emalı zavodunun inşasını maliyyələşdirəcək kredit sazişini imzalamadan artıq ilk müştəri ilə neft məhsullarının satışı üzrə müqavilə imzalayıb.
27 mayda Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Energy”yə məxsus “Petkim Holding” SOCAR-ın digər törəmə şirkəti olan “Star” neft emalı zavodu ilə 20 illik müqavilə imzalayıb.
Müqaviləyə görə, Petkim ildə 270 min ton qarışıq ksilol və 1,6 mln. ton nafta satın alacaq.
STAR neft emalı zavodunda nafta istehsalı ildə 1.6 milyon ton təşkil edəcək. Hal-hazırda Petkim neft-kimya kompleksinin naftaya olan təlabatının 80% idxal hesabına qarşılanır. Yeni neft emalı zavodunun istismara verilməsilə idxaldan asıllıq aradan qaldırılacaq.