Azərbaycan Dövlət Neft Şirkəti Neft-qaz emalı və neft-kimya kompleksi (NQNK) layihəsi üzrə yeni optimallaşdırma tədqiqatının yekun təqdimatı keçirilib.
SOCAR-ın mətbuat xidmətinin yayadığı məlumata görə, SOCAR və NQNK kompleksi rəhbərliyinin, NQNK-nın texniki-iqtisadi əsaslandırma üzrə əsas podratçıları olan “Technip” və “UOP” şirkətlərinin, yeni optimallaşdırma tədqiqatı üzrə layihəni idarə edən şirkət olan “Fluor”un, eləcə də “Neftqazelmitədqiqatlayihə” və AMEA-nın Neft-Kimya Prosesləri institutlarının əməkdaşlarının iştirak etdiyi görüşdə NQNK-nın yekun konfiqurasiyası və Kompleksin iqtisadi göstəriciləri təqdim olunub.
Tədbirin sonunda NQNK kompleksi üzrə yekun konfiqurasiya tədqiqatı geniş müzakirə edilmiş və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, NQNK kompleksinin ümumi dəyəri kredit faizləri ilə birgə 14,4 milyad dollardır. Bu zaman 3 emal müəssisəsi və bir enenji blokunun tikintisi nəzərdə tutulur. Bu kompleksin Azərbaycanın enerji təhlükəsizliyində müstəsna əhəmiyyəti olacaq.