İran Milli Neft Şirkətinin planlaşdırma departamentinin direktor müavini Abdorreza Asadi İRNA agentliyinə müsahibəsində bildirib ki, bir sıra Rusiya və İsveç şirkətləri Xəzərd dənizində qazma əməliyyatlarına hazırdırlar.
A.Əsədinin sözlərinə görə,İran Xəzərdə neft kəşfiyyatı üçün çox işlər görüb ancaq dərinsulu rayonlarda yerləşən hövzələrdə neft yataqlarının işlənməsinin sürtələndirilməsi üçün xarci şirkətlərlə əməkdaşlığa hazırdır.
A.Əsədi qeyd edib ki, Rusiya və İsveç şirkətləri dərinsulu hissələrdə qazma əməliyatlarında iştiraka hazırdır.
Son illərdə İranın neft nazirliyi Xəzər dənizində neft kəşfiyyatına xususi diqqət ayırmağa başlayıb. Belə ki, 2012-ci ilin yazında Xəzər dənizində “Sərdar Janqal” yatağında ilk quyu qazılmış və 2 milyard barel həcmində neft ehtiyatı aşkarlanmışdı. Adıçəkilən yataqdan 500 milyon barel xam neft çıxarıla bilər.