Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki,Türkiyə və Rusiya “Mavi axının” gücünü 19 milyard kub metrə qədər artırmağa razılaşdırıblar.
“Mavi Axının” tutumunu artırmaqda Türkiyə hökümətinin məqsədi Ukrayna ərazisindən idxal edilən qazın mümkün kəsilməsindən iqtisadiyyatını qorumaqdır. Hal-hazırda Türkiyə bu marşrut ilə istehlak etdiyi qazın 12.5% alır.
Mavi Axının layihə gücü 16 milyard kub metr olsada,tədarük edilən həcmlər həmişə layihə gücündən az olub.Belə ki,2006-cı ildə Türkiyə “Mavi Axın” ilə 7.5 milyard kub metr qaz,2007-ci ildə 9.5 milyard kub metr, 2009-cu ildə 10,1 milyard, – 2010-cu ildə 9,8 milyard, – 2011-ci ildə 8,1 milyard ,- 2012-ci ildə 14 milyard, – 2013-ci ildə 14,7 milyard, – 13.7 milyard kubmetr.
Türkiyə Qazprom üçün Almaniyandan sonra ikinci satış bazarıdır. Rusiya qazının Türkiyəyə ixracı Qazprom ilə Botaş şirkəti arasındakı müqavilə əsasənda həyata keçrilir. Müqavilə 25 il ərzində Türkiyəyə 365 milyard kub metr qazın ixracını nəzərdə tutur.