Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin mart ayında dövlət büdcəsinə 176 milyon 493 min manat vəsait ödəmişdir.Bu göstərici ötən ilin mart ayına nisbətən 57 milyon 17 min manat və ya 147,7 faiz çox olmuşdur.
Ümumiyyətlə, 2014-cü ilin yanvar-mart aylarında büdcəyə 523 milyon 106 min manat vəsait ödənmişdir. Bu göstərici 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 137 milyon 114 min manat və ya 135,5 faiz çox olmuşdur.
Bundan əlavə, cari ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 218 min manat vəsait köçürmüşdür. Ümumiyyətlə, 2013-cü ilin yanvar-mart aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 37 milyon 38 min manat təşkil etmişdir ki, bu da ötən ilin yanvar-mart aylarına nisbətən 49 min manat və ya 100,1 faiz çox olmuşdur.