Çərşənbə axşamı, Aprel 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın dəstəyi ilə “ABŞ-Azərbaycan: gələcəyə baxış” Forumu keçirilir

30/04/2014
2
BAXIŞ
Share on FacebookShare on Twitter

forum-usVaşinqtonda “ABŞ-Azərbaycan: gələcəyə baxış” Forumu işə başlamışdır. Iki gün davam edəcək tədbirdə ABŞ Konqresinin, müxtəlif ştatların nümayəndələr palatası və senatlarının, ABŞ Administrasiyasının üzvləri, elmi-tədqiqat mərkəzlərinin nümayəndələri, Azərbaycanın dövlət qurumlarını təmsil edən şəxslər – Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri – deputatlar Asim Mollazadə, Sevinc Fətəliyeva, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri Elşad Nəsirov, Xalik Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, pravoslav icmasının başçısı Aleksandr İşein, dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev və katolik icmasının ordinarisi Vladimir Fekete və başqaları iştirak edirlər.

Forum çərçivəsində keçirilən ilk sessiya “ABŞ-Azərbaycan münasibətləri: ticarətdə və investisiyalarda tərəfdaşlıq” mövzusuna həsr olunmuşdur. Sessiyada çıxış edən Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Səməd Seyidov və Milli Məclisin deputatı Asim Mollazadə ABŞ-Azərbaycan münasibətlərinin tarixi və son 22 ildə iki ölkə arasında yaranmış uğurlu əməkdaşlıqdan söz açmışlar.

Birinci sessiyanın işində Vayominq ştatının Nümayəndələr Palatasının və Senatının üzvləri Devid Miller və Sisko MakSorli, Yuta ştatından Uilliam Deyvis və Lin Heminquey, Nyu-Meksikodan Debbi Rodella və Nora Espinoza, Texas ştatından Lens Quden, Arkanzas ştatından Coys Elliot və Conatan Barnet, Şimali Dakotadan Kori Mok, Cənubi Dakotadan Lens Rassel, İndianadan Brandt Herşman, Nyu-Hempşer ştatından Lenet Piterson, Vermont ştatından Cin O’Sallivan və Mətyu Triber, Meyn ştatından Rocer Katz və Dennis Keşl, Tennessi ştatından Co Tauns iştirak etmişlər. Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidova ABŞ-Azərbaycan tərəfdaşlığına həsr olunmuş bir sıra qətnamələr təqdim olunmuşdur.

Arkanzas ştatından konqresmen, bu ştatın Nümayəndələr Palatasının nəqliyyat məsələləri komitəsinin sədri Conatan Barnet çıxışında bildirmişdir ki, Bakıya səfəri zamanı Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı onda gözəl təəssürat oyatmışdır. O, ölkəmizin iqtisadi uğurlarından danışaraq bildirmişdir ki, Azərbaycan rəhbərliyi öz vətəndaşlarının, eləcə də regionun digər ölkələrinin rifahını yaxşılaşdırmağa çalışır.

Missisipi ştatının keçmiş qubernatoru (2004-2012-ci illər) Heyli Barbur çıxışında Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolundan danışaraq demişdir: “Azərbaycan ilk qaz təchizatını səbirsizliklə gözləyən Avropa üçün Allahın nemətidir”. Missisipi administrasiyasının sabiq başçısı Azərbaycanda dini tolerantlığın əhəmiyyətini, habelə Azərbaycanın ABŞ üçün böyük əhəmiyyət daşıması barədə Amerika ictimaiyyətinin məlumatlandırılması baxımından Forumun rolunu xüsusi vurğulamışdır.

SOCAR-ın dəstəyi ilə keçirilən Forum işini davam etdirir.

 

 

Eyni kateqoriyadan Digər materiallar

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.