Rusiya prezidenti Vladimir Putin bildirib ki, Avropa öz iqtisadi maraqlarına ziyan vurmadan Rusiya qazından imtian edə bilməz.
“Avropa ölkələri öz qaz balanslarının 35%-40% Rusiya qazı hesabına təmin edirlər.Onlar Rusiya qazının satınalmasını dayandıra bilərlərmi? Fikrimcə, bu mümkün deyil”, – deyə Putin bildirib.
Nümünə kimi Putin qazın 90%-ni Rusiyadan alan Finlandiyanı və bəzi Avropa ölkələrinin adını çəkib.
Rusiya prezidenti keçən həftə Şərqi və Qərbi Avropa ölkələri başçılarına Ukrayna borc problemi ilə bağlı məktub göndərib. Putin məktubuna yazıb ki, son illərdə Rusiya satılan qazın qiymətini azaldaraq 35.4 milyard dollar məbləğində Ukraynanı dotasiya edib. Putin Ukrayna iqtisadiyyatını sabitləşdirmək və Rusiya qazının tranzitini təmin etmək üçün nazirlərin məsləhətləşməsini keçirməyi təklif edib.