İtaliyanın ENİ şirkətinin icraçı direktoru Paola Skaroni martın 31-də 3 il azadlıqdan məhrum edilib. Bu barədə Reuters məhkəmənin qərarına istinadən məlumat yayıb.
Həmçinin məhkəmin qərarı ilə ona 5 il ərzində hökümət orqanlarında vəzifə tutmaq qadağan edilib.
Reuters xəbər verir ki, məhkəmin qərarı Skaronin Enel şirkətinin prezidenti olduğu zaman Porto-Tolle stansiyasında ətraf mühütin mühafizəsi normalarının pozulması ilə əlaqədardır.
Skaroni bəyanat yayaraq məhkəmin bu qərarı ilə şoka düşdüyünü bildirib: “Mənim heç bir şəkildə bu məsələyə adiyyatım yoxdur və qərara etiraz edəcəm”.