Xəzər Boru Kəməri Konsorsiumu kəmərin genişləndirməsinin birinci mərhələsi çərçivəsində Rusiyanın üç neft nəqletmə stansiyasında yeni obyektlər istismara verib. Bu 2014-cü ildə neft nəqlini 30 milyon tondan 40 milyon tona qədər artırmağa imkan verəcək.
Yeni obyektlər Astarxan vilayətində “Astraxanskaya”,Kalmıkiya Respublikasında “Komsomolskaya” və Krasnodar diyarında “Kropotkinskaya” nasos stansiyalarında istismara verilib.
Boru kəmərinin genişlənməsinin ikinci mərhələsi 2014-cü ildə, 3-cü mərhələsi isə 2015-ci ildə istismara veriləcək.
Əvvəl İTAR-TASS xəbər verdiyi kimi,may ayında CPC-in səhmdarları boru kəmərin genişlənməsinin ikinci və üçüncü mərhələsinin obyektlərinin istismara verilməsi cədvəlini təsdiq edəcəklər.
Genişləndirmə layihəsi 5 mövcüd nasos stansiyasının müasirləşdirilməsini, 10 yeni stansiyanın inşasını,həcmi 100 min kubmetr olan 6 yeni rezervuarın tikintisini,CPC-in dəniz terminalında yeni yanalma qurğusunun inşasını və Qazaxıstan ərazisində 88 kilometrlik hissəsinin iri diametrli borular ilə əvəz olunmasını nəzərdə tutur.