Bazar ertəsi, Aprel 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BTC Ceyhandan 2500-cü tankeri yola saldı

22/04/2014
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Vinga Bergen

BP-nin əməliyyatçısı olduğu Bakı-Tbilisi-Ceyhan şirkəti (BTC Co.) məmnuniyyətlə elan edir ki, BTC vasitəsilə ixrac olunmuş neftin yüklənildiyi 2500-cü tanker dünən  Türkiyənin Ceyhan terminalından yola düşüb. Bu haqda bu gün BP-Azərbaycan şirkəti məlumat yayıb.

“Vinga” adlı tanker 15 aprel tarixində Ceyhan dəniz terminalına gəlib və dünən neftin yüklənilməsi başa çatdıqdan sonra İspaniyaya yola düşüb. Bu tankerə Bakı yaxınlığındakı Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac edilən 735 000 barel neft yüklənib. ”Vinga” tankerinə yüklənilmiş xam neft Azərbaycan Dövlət Neft Fonduna  məxsusdur.

BTC vasitəsilə nəql olunan və Ceyhan terminalından dünya bazarlarına yola salınan neft əsasən Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından hasil edilir.

1768 km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. Həmin vaxtdan etibarən BTC boru kəməri ümumilikdə 1,9 milyard bareldən artıq (256 milyon ton) xam neft nəql edərək dünya bazarlarına göndərib.

BP-nin Midstrim əməliyyatları üzrə vitse-prezidenti Kreyq Viqqz deyir: “Fəaliyyət göstərdiyi səkkiz il ərzində BTC çox yüksək səmərəlilik nümayiş etdirib. Ceyhandan 2500-cü tankerin yola salınması bu dünya səviyyəli obyektin nail olduğu əlamətdar bir hadisədir. Biz bu boru kəmərini inşa etdiyimiz vaxt onu nəhəng texniki nailiyyət kimi təsvir etmişdik. İndi isə, səkkiz illik təhlükəsiz və etibarlı fəaliyyətindən sonra, onu üç ölkə – Azərbaycan, Gürcüstan və Türkiyə boyunca vahid bir heyət tərəfindən idarə olunan səmərəli və dünya səviyyəli əməliyyatların yüksək nümunəsi adlandıra bilərik. Fürsətdən istifadə edərək, mən bizim BTC üzrə əməliyyatlar heyətinə əməyin təhlükəsizliyi üzrə əldə etdikləri mükəmməl göstəricilərə və əməliyyat səmərəliliyinə görə təşəkkür etmək istəyirəm. Bu heyətə boru kəmərinin və onun bütün qurğularının gecə və gündüz sakit və səmərəli şəkildə işləməsi üçün xidmət göstərən yüzlərlə insan daxildir. Mən həmçinin boru kəmərinin Türkiyə hissəsinin və Ceyhan terminalının əməliyyatçısı olan Botaş İnternəşnl Limitid (BİL) şirkətinə bu mühüm uğurların əldə olunmasındakı əməyinə görə təşəkkür etmək istərdim.

Bu əlamətdar nailiyyətlə yanaşı BTC üç ölkə boyunca yerli icmalarda səriştə və bacarıqların yaradılması, sosial infrastruktura çıxışının artırılması və onların özləri üçün davamlı gəlirlər yaratmasına dəstək verilməsi istiqamətində mühüm davamlı inkişaf təşəbbüsləri həyata keçirib. Mən boru kəməri boyunca yaşayan bütün icmalara göstərdikləri dəstəyə və əməkdaşlığa görə təşəkkür edirəm. BTC bu mükəmməl əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidlə baxır.”

2013-cü ildə BTC vasitəsilə 33 milyon ton (247,2 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 329 tankerə yüklənərək bazarlara yola salınıb.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə Tengiz neftinin nəql olunması bərpa olunub.

BTC Ko.-nun səhmdarları:  BP (30,1%); AzBTC (25%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5%); Total (5%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) Limitid (2,36%) şirkətləridir.

Hazırda BTC-nin ötürücülük qabiliyyəti gündə 1,2 milyon barel təşkil edir.

Eyni kateqoriyadan Digər materiallar

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.