Rusiyanın Energetika Nazirliyi bildirib ki, 2014-cü ilin yanvar-fevralında benzin istehsalı keçən ilin analoji dövrü ilə müqayisədə 0.9% azalaraq 6.4 milyon ton təşkil edib.
Xüsusilə fevralda benzin istehsalı keçən ilin fevralı ilə müqayisədə 1.4% azalaraq 3.1 milyon ton olub.
Dizel yanacağı istehsalı iki ayda 7.5% artaraq 12.8 milyon ton təşkil edib.
Rusiya neft emalı zavodlarına xam neftin tədarükü 2.8% artaraq 45.4 milyon ton, fevralda isə 5.4% artaraq 22.2 milyon ton olub. Xam neftin Rusiya NEZ-da ilkin emalı iki ayda 4.2% artaraq 46 milyon ton, fevralda isə 4.5% artaraq 22 milyon ton təşkil edib.