Qazaxıstan Respublikası statistika agentliyindən verilən məlumat görə, 2014-cü ilin yanvar-fevralında 415,9 min ton yanacaq benzini (aviasiya yanacağı daxil olmaqla) istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1% çoxdur.
Bundan əlavə, statistika agentliyinin verdiyi məlumata görə, qeyd edilən dövrdə ölkədə 699 min ton dizel yanacağı, 598.6 min ton mazut istehsal edilib.
Hazırda Qazaxıstanda 3 neft emalı zavodu: Pavlador, Atırau və Şımkənt NEZ-ləri fəaliyyət göstərir.